Roza: “Başqaları kimi piy vurdurmuram...”

Roza: “Başqaları kimi piy vurdurmuram...”

"ATV maqazin onlarla" verilişinin "33 sual" rubrikasının qonağı müğənni Roza Zərgərli olub.

Pravda.az-ın xəbərinə görə, sənətçi rubrikanın aparıcısı Ruslan Ağayevin suallarını cavablandırıb. O, qalmaqallı cavabları ilə sənət adamlarını tənqid edib:

"Qara siyahında olan 3 müğənni" sualına Zərgərli "Elza Seyidcahan, Nura Suri, Sevil və Sevinc" cavabını verib.

Roza E.Seyidcahanla küsülü olduğunu bildirib. O, aralarında yaşanan qalmaqaldan bəhs edərək, qalmaqallı sözlər söyləyib:

"Elza Seyidcahan məni xərcə salıb. Bir dəfə konsertə getmişdik, orada yedik-içdik. Bakıya qayıdanda, haqqımda nələr dedi. Qayıtdı ki, "get fiquranla məşğul ol". Sən əməliyyatıma söz atırsansa, heç sənin duxun çatmaz o qədər pul əməliyyata verəsən. 20 ildən çox məni tanıyırsan, bilirsən necəyəm. Gedib başqaları kimi piydən vurdurmuram. O gün bacısı danışır. Bir vaxt Türkiyədə qalanda bacın yox idi. Heç mənlə münasibəti olmaya-olmaya kömək istədi. Mən onu Türkiyədə təmin etdim ki, vətənə dönsün. Elza kimi yüz müğənnini susuz yola salaram. Şeir yazmağın da heç kimə lazım deyil".Axşam.az



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
783 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...