Cem Yılmazın ən bahalı bileti Bakıda olub – AVROPADAKI QİYMƏTLƏR

Cem Yılmazın ən bahalı bileti Bakıda olub –

Xəbər verildiyi kimi, məşhur türk yumoristi Cem Yılmaz ötən həftə sonu Bakıda iki gün şou göstərib. FED.az-ın məlumatına görə, türk yumoristinin konserti ətrafında maraq təkcə onun ilk dəfə çıxış etməsi ilə deyil, həm də konsert üçün satılan qiymətlərlə bağlı idi. Qiymətlər 70-700 manat (41-410 dollar) arasında dəyişib. Biletlərin hamısı satılıb və tamaşaçılar şoudan razı qalıblar. Bununla yanaşı, Cem Yılmazın Avropa və Türkiyədəki konsertlərinin qiymətləri Bakıdan daha ucuz olduğu ortaya çıxıb.

Turker İnanoglu Maslak Show Center, İstanbul, Türkiyə 11 dekabr - 1 095 TL (188 dollar)
Diamond Elite Platinum Plus, SAP Arena, Mannheim, Almaniya 23 fevral - 1068 TL (184 dollar)
Ahoy, Rotterdam, Niderland, 15 mart 1394 TL (240 dollar)
Diamond Elite Platinum Plus, Westfalenhalle 1, Dortmund, Almaniya 20 mart 1 373 TL (237 dollar)
Diamond Elite Platinum Plus, Barclaycard Arena Hamburg (O2 World Hamburg), Hamburg, Almaniya 27 mart 1068 TL (184 dollar)
Palais 12, Brüssel, Belçika 5 aprel, 1206 TL (208 dollar)
Diamond Elite Platinum Plus, Tempodrom, Berlin, Almaniya, 10 aprel 1464 TL (252 dollar) (qalan biletlər bu qiymətədir, yəni ən bahalısı deyil).
Diamond Elite Platinum Plus, Meistersingerhalle Nürnberg, Nürnberg, Almaniya
19 aprel, 987 TL (170 dollar)



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
706 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...