Aygün Bəylərin qardaşı ilə bağlı qərar ləğv edildi - Cinayət işinə yenidən baxılacaq

Aygün Bəylərin qardaşı ilə bağlı qərar ləğv edildi -

Ali Məhkəmədə qətl törətməkdə təqsirləndirilən əməkdar artist Aygün Bəylərin qardaşı Abbas Hümmətov, Fuad Məmmədzadə, Elnur Alxazov, Ramil Əsirov, Elnur Əsirov və Cavid Alxazovun barələrində olan hökmdən dövlət ittihamçısı kassasiya protesti, zərərçəkmişlərlə təqsirləndirilən şəxslər isə kassasiya şikayəti üzrə məhkəmə iclasına baxılıb.

Unikal.org-un məlumatına görə, hakim Əli Seyfəliyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Ali Məhkəmənin qərarına əsasən, qərar tamamilə ləğv edilib, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilib.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin (DİN) yaydığı məlumata görə, Suraxanı Rayon Polis İdarəsi və rayon prokurorluğunun əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində 2013-cü ilin iyun ayının 16-dan itkin düşmüş şəxs kimi axtarışda olan Bakı şəhər sakini Elnur Hümbətovun qətlə yetirildiyi müəyyən edilib. Daha sonra A.Hümmətov, F.Məmmədzadə, E.Alxazov, R.Əsirov, E.Əsirov və C.Alxazov həbs edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Hümmətov 5 il, F.Məmmədzadə 15 il, E.Alxazov 15 il, R.Əsirov 15 il, C.Alxazov 5 il azadlıqdan məhrum edilib. E.Əsirov barəsində isə bəraət hökmü çıxarılıb. O, məhkəmə zalından azadlığa buraxılıb. Hökmə əsasən, təqsirləndirilən şəxslərə narkotik ittihamı üzrə bəraət verilib. Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti və zərərçəkmişlərlə təqsirləndirilən şəxslər apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət ediblər. Məhkəmə isə hökmü dəyişdirmədən saxlayıb. Daha sonra prokurorluq və zərərçəkmiş tərəf və təqsirləndirilən şəxslər Ali Məhkəməyə müraciət edib.

A.Bəylərin qardaşı barəsində bəraət hökmünün çıxarılmasını istəyir. Prokuror və zərərçəkmişlər isə təqsirləndirilən şəxslərin cəzalarının ağırlaşdırılmasını tələb edirlər.

Xatırladaq ki, tutulan şəxslərdən A.Hümmətov əməkdar artist Aygün Bəylərin qardaşı, qətlə yetirilən şəxs isə əmisi nəvəsidir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
822 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...