Məhkəmə işçiləri Rıza və Ebrunun villasına yığışdı

Məhkəmə işçiləri Rıza və Ebrunun villasına yığışdı

Azərbaycanlı iş adamı Rıza Zarrab və müğənni Ebru Gündeşin aldığı tarixi bina hesab edilən villasında araşdırma aparılmasına başlanılıb. Axşam.az-ın türk mediasına istinadən xəbərinə görə, evdə qanuna zidd olan təmir işləri etdirdiyi üçün Rıza və memar Firuz Akın Han haqqında qərar veriləcək. Martın 19-da baş tutan məhkəmədə hakim evə baxılması üçün qərar vermişdi. Evin açarlarının Ebruda olduğu, amma açarların tapılmadığı halda qapıların qırılmasına icazə verilib.Məhkəmə heyəti, memar, və inşaat mühəndislərinin yer aldığı qrup bu gün səhər saatlarında Kandillidə yerləşən villaya gedib. Iddia edilib ki, evdə ətraf mühit və canlılara zərər verəcək işlər edilib, icazə verilən mərtəbədən yüksək işlər görülüb. Bunun üçün isə heç kimdən icazə alınmayıb. Buna görə də Rıza və memarın 10 ilə qədər həpsi istənilib. Araşdırmanın isə nəticəsi hələ açıqlanmayıb.
Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
209 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...