“Burda heç nə yoxdur, öz itim öləndə ağlamışdım”

“Burda heç nə yoxdur, öz itim öləndə ağlamışdım”
Tanınmış meyxana ustadı Ağamirzə Məmmədov həmkarı Mübariz Maştağalının ad günündə Sadiq adlı biznesmenin itinə meyxana qoşaraq onu tərfilədiyinə görə haqqında səslənən tənqidlərə münasibət bildirib.

A.Məmmədov Pravda.az-a müsahibəsində burada heç bir problem görmədiyini deyib.

“Meyxananı gözdən-filan salmırıq. Ağasəlim rəhmətlik deməmişdi? “Bu pişik qarə pişik, bizi gətirib zarə pişik...” Nizami Rəmzi deməmişdi? “Bu siçan seyri siçan, basıbdır hər yeri siçan...”, yaxud “Tərgitginən quşları, quşbaz oğlum...” Nizami Rəmzi ayrı-ayrı belə meyxanalar demişdi. “Üç yüz il ömür verib Xuda qarğaya...” Burda nə var məgər? Meyxananı sifariş edən biznesmen-filan deyildi, dostlarımız idi. İtbazlar, it saxlayanlar idilər. İtin adı var, onun adı ilə meyxana demişik. Burda heç nə yoxdur. Təki bəzi insanlarda it vəfası olaydı. Təki...”

Ağamirzə həmkarı Mehman Əhmədlinin “it-pişiyə heç vaxt meyxana deməmişəm, demərəm” fikirlərini isə belə dəyərləndirib: “Mehmanla işim yoxdur. Söhbət məndən gedir. Bir müddət əvvəl itim öləndə ağladım. 13-14 il idi onu saxlayırdım. O it bir dəfə mənə qarşı vəfasızlıq, namərdlik etmədi. Mənim kimi insanlardansa, o it yaxşı idi. Özümə də baxdım, o itə də. O, həmişə sahibinə qarşı sadiq olub. Əşi, bu yazılanlara fikir verməyin, Allah hamıya ömür versin, cansağlığı versin…”



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
931 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...