Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı Tərtər rayonunda səfərdə olub

Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı Tərtər rayonunda səfərdə olub

Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı Türkiyənin Gəncə şəhərindəki Baş Konsulu Zeki Öztürk, Türk Kızılay Gennel Sekreteri Yusuf Ramazan Sayğılı və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin icraçı katibi Ceyhun Mirzəyevlə birlikdə Tərtər rayonuna səfər ediblər.
Səfər çərçivəsində qonaqlar əvvəlcə şəhərin girəcəyində torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksini, sonra Ulu Öndərin abidəsini ziyarət edərək, onların xatirəsini dərin ehtiramla yad edib, önünə gül-çiçək dəstələri düzüblər.
Sonra onlar Ermənistan silahlı qüvvələri tərəfindən Tərtər rayonuna müxtəlif tipli reaktiv yaylım atəşi sistemləri və artilleriya qurğularından atılmış mərmilərə, Vətən müharibəsi zamani rayona dəymiş ziyanı əks etdirən fotostentlərə baxıblar.
Qonaqları qəbul edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov onlara Vətən müharibəsi zamanı Tərtər rayonuna dəymiş ziyanla bağlı məlumat verib. Qeyd olunub ki, Vətən müharibəsi zamanı Tərtər şəhərinə və onun yaşayış məntəqələrinə erməni terrorçuları tərəfindən 16277 top, tank, qrad mərmisi, 21 qadağan olunmuş raket atılıb. Nəticədə rayonun infrastrukturuna, yüzlərlə yaşayış evlərinə, sosial obyektlərinə, o cümlədən 12 körpələr evi-uşaq bağçasına, 16 ümumtəhsil məktəbinə, İlk Peşə İxtisas Məktəbinə, Gənclər Mərkəzinə, 10 tibb, 7 mədəniyyət müəssisəsinə, 1 məscidə, inzibati binalara, nəqliyyat vasitələrinə, kənd təsərrüfatına güclü ziyan dəyib, dağıntılar olub.
Dinc əhali 16 mülki şəhid verib, erməni vandalları tərəfindən şəhər qəbirstanlığının atəşə tutulması nəticəsində  dəfndə iştirak edən 4 nəfər həlak olub.
Rayon rəhbəri Vətən müharibəsində rayonun 66 hərbi şəhid verdiyini dilə gətirib, 12-13 sentyabr 2022-ci il tarixdə isə Ermənistan tərəfindən dövlət sərhəddində törədilən genişmiqyaslı təxribatın qarşısının alınması zamanı rayonun Evoğlu kəndindən olan 1996-cı il təvəllüdlü, Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, müddətdən artıq həqiqi hərbi xidmət edən əsgər Məftun Əhəmədzadənin şəhid olduğunu bildirib.
İcra baççısı qonaqlarla qarşılıqlı fikir mübadiləsi edib, onlar Türkiyənin həmişə Azərbaycanla birlikdə olduğunu, bir millət iki dövlət arasında səmimi və qarşılıqlı dostluq münasibətləri yaşandığını bildiriblər.
Sonda qonaqlara rayon icra hakimiyyətinin başçısı tərəfindən xatirə hədiyələri təqdim edilib.

Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı Tərtər rayonunda səfərdə olub
Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı Tərtər rayonunda səfərdə olub
Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı Tərtər rayonunda səfərdə olub
Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı Tərtər rayonunda səfərdə olub
Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı Tərtər rayonunda səfərdə olub
Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı Tərtər rayonunda səfərdə olub
Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı Tərtər rayonunda səfərdə olub
Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı Tərtər rayonunda səfərdə olub



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
358 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...