“Cəbrayılda yalnız xarabalıq gördük” - Braziliyalı jurnalist

“Cəbrayılda yalnız xarabalıq gördük” -
“Cəbrayılda yalnız xarabalıq gördük” -
“Bu ərazi 30 il işğal altında olub və orada xarabalıqdan başqa heç nə görmədik. Onlar sadəcə torpağı işğal altında saxlayıblar, heç bir şey etməyiblər”.

Bunu “Report”a açıqlamasında braziliyalı jurnalist Fabiana Ceyhan işğaldan azad edilmiş Cəbrayıla və bu şəhərdə ermənilərin dağıtdığı qəbiristanlığa səfərini şərh edərkən deyib.

Cəbrayıl da Ağdam və Füzuli ilə eyni aqibəti yaşayıb - şəhər erməni işğalından sonra tamamilə dağıdılıb.

“Bu ərazidə Azərbaycan hökuməti böyük bərpa işləri aparmalıdır. Ümid edirəm ki, bu bərpa prosesi ən qısa müddətdə bitəcək və bu ərazilər yeni uğurlu dövrə qədəm qoyacaq”, - o bildirib.

F.Ceyhan Cənubi Amerikanın digər ölkələrindən olan həmkarları ilə birlikdə Şuşaya da səfər edib. Onun sözlərinə görə, işğal zamanı Şuşa məscidində mal-qara saxlanıldığı barədə məlumatdan şoka düşüb:

“Çox təəssüf edirəm, həqiqətən ermənilərin məsciddə mal-qara saxlaması məni dəhşətə gətirdi. Cənubi Amerikadan, Braziliyadan gəlmişəm. Biz orada birlikdə yaşayırıq - xristianlar, müsəlmanlar, yəhudilər və buna bənzər şeylə qarşılaşmırıq. Bunun baş verməsi məni şok etdi. Ölkəmizdə həm məscidlər, həm də kilsələr var və biz bir-birimizə hörmət edirik. Bu səbəbdən bunları eşitmək mənim üçün çox kədərlidir. Ermənilər bunu etməməli idilər. Çünki bir dindir, bir-birimizin inancına hörmət etməliyik. Bu, təkrarlanmamalıdır”.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
561 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...