Azərbaycanda qanunsuz fəaliyyət göstərən "Moneygram" barədə RƏSMİ AÇIQLAMA

Azərbaycanda qanunsuz fəaliyyət göstərən "Moneygram" barədə

Son zamanlar sosial şəbəkələrdə 44 günlük şanlı Vətən müharibəsindən öncə Azərbaycan Respublikasının işğal altında olan ərazilərində qanunsuz olaraq fəaliyyət göstərən "Moneygram" pulköçürmə sistemi ilə ödənişlərin həyata keçirilməsi faktları barədə məlumatlar yayılmaqdadır.

Azərbaycan Mərkəzi Bankından (AMB) verilən məlumata görə, "Moneygram" pulköçürmə sistemi ayrı-ayrı dövrlərdə Azərbaycan Respublikasının işğal altında olan ərazilərində qanunsuz olaraq fəaliyyət göstərib və bu fakt aşkar olunduğu andan etibarən milli qanunvericiliyə və beynəlxalq prinsiplərə müvafiq olaraq Azərbaycan Respublikasının ərazisində onun fəaliyyətinin dayandırılması istiqamətində adekvat tədbirlər həyata keçirilib.

Məlumata görə, 2008-ci ildən etibarən "Moneygram" pulköçürmə sisteminin Azərbaycan Respublikasının ərazisində fəaliyyətinin qarşısı alınıb və bu gün heç bir bank sözügedən pulköçürmə sistemi ilə işgüzar münasibətdə deyil.

Qeyd edilir ki, AMB ölkə ərazisində maliyyə vasitəçiliyinin milli qanunvericilik çərçivəsində təmin olunması məqsədilə davamlı olaraq pulköçürmə sistemlərinin monitorinqini həyata keçirmiş və müvafiq tələblərə riayət etməyən qurumların ("Unistream", "MIGOM", "LEADER", "Bıstraya Poçta", "Interexpress", "RIA Money Transfer", "Intelexpress", "Sigue Money Transfer") fəaliyyətinə qadağa qoyulub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1893 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...