Medvedyev: Ukraynanın bütün ərazisi bufer zona olacaq

Medvedyev: Ukraynanın bütün ərazisi bufer zona olacaq
Kiyevə hərbi yardım davam edərsə, Ukraynanın demək olar ki, bütün ərazisi bufer zona olacaq.

Axar.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev Teleqram kanalında yazıb.

Medvedyev həmçinin qərbdə kiçik bir hissə istisna olmaqla, demək olar ki, bütün Ukrayna ərazisinin bufer zona olaraq göstərildiyi video paylaşıb.

Qeyd edək ki, Vladimir Putin hökumət üzvləri ilə görüşdə Rusiya-Ukrayna sərhədi boyunca təhlükəsizlik bufer zonasının yaradılması ilə bağlı qərar verildiyini açıqlayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
81 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...