Baş nazir qiymət artımından danışdı: "Tədbirlər görüləcək"

Baş nazir qiymət artımından danışdı:

“Azərbaycan hökuməti qiymət artımı məsələsini daim nəzarətdə saxlayır”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında Baş nazir Əli Əsədov deyib.

Ə. Əsədov bildirib ki, öz imkanlarından istifadə edərək bu məsələ ilə ciddi məşğul olacaq: “Antiinhisar komitəsi tərəfindən gündəlik monitorinqlər aparılır. Bir çox halda bizlərdən asılı olmayan məsələlər də var. Bizim ticarət partnyorumuz olan ölkələrdə də qiymətlərin artımı gedir. Ancaq bu istiqamətdə tədbirlər görüləcək. Qiymət artımını yanacağın qiymətlərinin artırılması ilə əlaqələndirilənlər var. Bu var. Amma hökumət tərəfindən kifayət qədər subsidiyalar verilib”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
972 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...