Bakıdan Ağdama cəmi bir saata gedə bilərik – UNİKAL TƏKLİF

Bakıdan Ağdama cəmi bir saata gedə bilərik –
“Təklif edirəm ki, aeroportların tikintisi əvəzinə Azərbaycanda mövcud dəmir yolları modernləşdirilsin, yeni yollar müasir standartlarda tikilsin, həm Qarabağa, həm də Naxçıvana getmək üçün rahat və təhlükəsiz sürət qatarları infrastrukturu yaradılsın”.

Bu fikirləri KONKRET.az-a açıqlamasında iqtisadçı alim Qubad İbadoğlu səsləndirib. O bildirib ki, bu həm xalqa, həm də turistlərə xidmət üçün daha məqbul variantdır: “Bakının mərkəzindən Naxçıvana qədər olan məsafə 581 km-dir. Əgər Daşburun, Horadiz, Mahmudlu, Akara və Mincivanda dayanmaqla sürət qatarı ilə Naxçıvana 3 saata, Bakıdan Ağdama isə birbaşa 1,5 saata gedə bilsək, həqiqətən də bundan yerli camaat və turistlər də razı qalar.

Qubad İbadoğlu manatla bağlı xəbərdarlıq edir - Müsahibə » Demokratik.Az

Bununla da xeyli xərcə qənaət edə və mövcud vəsaitlərdən rasional istifadə olunmaqla, gələcəkdə də rentabelli nəqliyyat infrastrukturu yarada bilərik. Bundan əlavə, gün ərzində sayca daha çox sərnişin qatarla və ucuz qiymətə Qarabağa və Naxçıvana səfər edə, eləcə də geriyə qayıda bilər”.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
430 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...