Kapitalbank-dan daha bir yazımıza dair açıqlama

Kapitalbank-dan daha bir yazımıza dair


Dünən portalda BU YAZIDA “Kapital Bank pensiyaçılardan pul oğurlayır” başlıqda çıxan yazını Kapital Bank tam əsassız hesab edir.


Sizdən xahiş edirik ki, dərc etdiyiniz ittiham xarakterli yazıya təkzib verəsiniz. Əgər belə hal baş veribsə, o zaman həmin kart sahibləri 196 nömrəli müştəri xidmətlərinə zəng vurub adını, soyadını və kartın nömrələrini bildirsinlər, məsələ araşdırılsın. Kapital Bankdan vəsaitlərin tutulması aşağıdakı hallarda baş verə bilər:

- Kartın PİN kodu 3 dəfə yalnış yığıldığı halda, təhlükəsizlik baxımından kart bloka salınır. PİN kodun yenilənməsi üçün xidmət haqqı 2 manatdır və bu məbləğ kartdan tutulur.

- Başqa bankın kartı ilə Kapital Banka məxsus bankomatlarda hər hansı əməliyyat aparıldığı halda, müəyyən faiz tutulur.

- Kart sahibi kredit götürənə zamin olduğu halda və kredit götürən şəxs 50 gün ödənişi gecikdirdiyi halda, kart sahibinin balansı dondurulur. ATM-də balansında məbləğ görünsə belə vəsaiti nağdlaşdırmaq mümkün olmur.

Digər bütün hallarda Kapital Bankdan pensiya, müavinət və ya əmək haqqı alan şəxslər, bankımıza məxsus bankomatlar vasitəsi ilə vəsaitlərini nağdlaşdırarkən, kartdan heç bir faiz tutulmur. Bu mümkünsüzdür. Gələcəkdə Kapital Bankla bağlı bu tip xəbərlər yerləşdirmədən öncə, xahiş edirik bizimlə əlaqə saxlayasınız. Obyektivlik naminə qarşı tərəfin mövqeyinə yer verilsə idi yaxşı olardı. Biz hər zaman KİV nümayəndələrinə açığıq və onların suallarını cavablandırmağa hazırıq.


GUNDEMİNFO.AZ olaraq bəyan edirik ki, adıçəkilən yazıda söhbət həm də bankomatlarda vətəndaşların qarşılaşdıqları digər texniki problemlərdən də gedir. Nədənsə bank bu problemlə bağlı heç bir araşdırma aparmır və orada olan suallara cavab verməkdən yayınır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1171 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...