Kapitalbank pensiyaçılardan pul oğurlayır - Bakıda bankomat böhranı

Kapitalbank pensiyaçılardan pul oğurlayır -


Bu dəqiqələrdə GUNDEMİNFO.AZ-a müraciət edən bir qrup Bakı sakini Kapitalbank-ın bankomatlarında ciddi bir problemlə üzləşdiyini bildiriblər. Pensiya və müavinət almaq istəyən vətəndaşlar Yasamal rayonu ərazisindəki bankomatlardan istifadə edə bilmirlər. Mətbuat prospektində, Azərbaycan Dövlət Nəşriyyatının giriş qapısında yerləşən Kapitalbankın bankomatı öz müştəriləri olan pensiyaçılardan hər 100 manata görə, 2 manat faiz tutur.

Eyni zamanda bankomatdakı sistem yenilənməsi nəticəsində balansında pul olan vətəndaşlar belə pullarını ala bilmirlər. Yasamal rayonu Şərifzadə küçəsində Kapitalbankın 5 saylı filalı qarşısındakı bankomat isə xidmət göstərmir. Burada da sakinlər pullarını ala bilmirlər. Yaranmış vəziyyətlə bağlı olaraq artıq paytaxtın bütün yerlərindən şikayətlər daxil olmaqdadır. Problemlə bağlı olaraq bank rəhbərliyi isə heç bir açıqlama vermir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1204 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...