ABŞ hökuməti “AT&T” şirkətini 100 milyon dollar cərimələdi

ABŞ hökuməti “AT&T” şirkətini 100 milyon dollar cərimələdi

ABŞ-ın Federal Kommunikasiyalar üzrə Komissiyası (FCC) “AT&T” iri telekommunikasiya şirkətini rekord məbləğdə cərimələyib. İKT.lent.az-ın “Hürriyet”ə istinadən verdiyi xəbərə görə, dövlət qurumu şirkətə 100 milyon dollar məbləğində cərimə kəsib.

Səbəb “AT&T”nin internet paketindən istifadə edən abunəçilərin 5 giqabaytlıq (GB) həddi keçməsindən sonra internetin sürətinin ciddi şəkildə azalmasıdır. Belə ki, istifadəçilər adi proqramların belə açılmadığını və ya çətinliklə açıldığını bildirirlər. Şirkət abunəçilərlə müqavilə bağlayarkən bu barədə xəbərdarlıq etməyib. FCC bu durumun 2010-cu ildə tətbiq edilən qaydalara zidd olduğunu açıqlayıb.

Şirkət 30 gün müddətində qərardan şikayət verə bilər. “AT&T” bundan sonra limitsiz internet paketi satmayacağını elan edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1253 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...