Nazir Dövlət Məşğulluq Agentliyinə sədr təyin etdi

Nazir Dövlət Məşğulluq Agentliyinə sədr təyin etdi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinə yeni sədr təyin olunub.

Bu barədə Nazirlikdən xəbər verilib.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin əmri ilə Sadiq Cabir oğlu Əliyev Nazirliyin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri vəzifəsinə təyin olunub.

S.Əliyev 1984-cü ildə anadan olub. 2001-2005-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində maliyyə-kredit ixtisası üzrə bakalavr, 2005-2007-ci illərdə magistr dərəcəsi üzrə təhsil alıb.

2006-2019-cu illərdə İqtisadiyyat Nazirliyində müxtəlif vəzifələrdə, 2019-cu ildən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Strateji planlaşdırma və innovasiyalar şöbəsinin müdiri vəzifəsində çalışıb.

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.

Ailəlidir, 3 övladı var.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
235 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...