İcra başçısı şəhidi Habil Abdullayevin atasını 80 illik yubileyi münasibəti ilə təbrik edib

İcra başçısı şəhidi Habil Abdullayevin atasını 80 illik yubileyi münasibəti ilə təbrik edib
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov birinci Qarabağ müharibəsi şəhidi Habil Abdullayevin ailəsini ziyarət edib, atası Kalam Abdullayevi 80 illik yubileyi münasibəti ilə təbrik edərək, ona gül dəstəsi və rayon icra hakimiyyəti tərəfindən təşəkkürnamə təqdim edib.
Görüşdə şəhidin keçdiyi döyüş yoluna nəzər salınıb, qəhrəmanlığından söhbət açılıb. Bildirib ki, şəhid Abdullayev Habil Kalam oğlu 1969-cu il fevral ayının 1-də Tərtər rayonunun Dəmirçilər kəndində anadan olub. Orta təhsilini həmin kənd orta məktəbində aldıqdan sonra keçmiş Sovet Ordusu sıralarında xidmət edib. Qarabağ hadisələri başlayan vaxt Tərtər Elektrik Şəbəkəsində işləyib. 1993-cü il noyabr ayında rayon hərbi komissarlığı tərəfindən Milli Ordu sıralarına səfərbər edilmiş və 703 saylı hərbi hissədə xidmətə başlamışdır. Bu hərbi hissədə xidmət etdiyi müddətdə Ağdərə bölgəsində erməni işğalçılarına qarşı aparılan döyüşlərdə iştirak etmişdir. 27 aprel 1994-cü il tarixdə Ağdam rayonunun Güllücə kəndi uğrunda gedən döyüşdə şəhid olmuş, nəşi döyüş yerində qalmışdır. Atəşkəsdən sonra iyun ayının 5-də nəşi ermənilərdən alınaraq doğma kəndlərinə gətirilib torpağa tapşırılmışdır. Subay idi.
Habilin atası Kalam kişi Habilin arzusunu bu gün respublika prezidenti cənab İlham Əliyevin gerçəkləşdirdiyini, Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edildiyini, ölkə rəhbərinin öz əlləri ilə Azərbaycan Bayrağını İşğaldan azad edilmiş, terrorçulardan təmizlənmiş Xankəndində, Ağdərədə, Xocalıda, Xocavənddə dalğalandırdığını deyib. O, şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnnətdarlığını bildirib.
Allah bütün şəhidlərmizə rəhmət, qazilərimizə, veteranlarımıza isə can sağlığı versin!
İcra başçısı şəhidi Habil Abdullayevin atasını 80 illik yubileyi münasibəti ilə təbrik edib




Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
621 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...