Saakaşvili Gürcüstan hərbçilərinə müraciət edib

Saakaşvili Gürcüstan hərbçilərinə müraciət edib
Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili bu ölkənin Müdafiə Qüvvələrinin zabit və hərbçilərimə müraciət edib.

“Report”un yerli bürosu xəbər verir ki, o, hərbi qulluqçuları qarşıdan gələn yerli seçkilərdə fəal iştiraka çağırıb.

M.Saakaşvili videomüraciətində deyib ki, Gürcüstana bu gün kömək lazımdır: “Mən sizə ilk növbədə Gürcüstan vətəndaşları kimi müraciət edirəm. Biz hamımız vətəndaş borcumuzu yerinə yetirməyə hazır olmalıyıq. Sizin və qəhrəman veteranların vətənpərvərliyinə ümid edirəm. Hər şey yaxşı olacaq”.

Qeyd edək ki, sabiq dövlət başçısı bundan öncə oktyabrın 2-də keçiriləcək seçkilər üçün Gürcüstana gedəcəyini elan edib.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
329 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...