ABŞ-ın Türkiyə ilə bağlı 10 illik planı – 4 şok ssenari

ABŞ-ın Türkiyə ilə bağlı 10 illik planı –

Türkiyənin “Hürriyyət” qəzetinin yazarı Nədim Şənər Mərkəzi Kəşfiyyət İdarəsinə (MKİ) yaxınlığı ilə bilinən “RAND Corporation”ın ABŞ Müdafiə Nazirliyi üçün hazırladığı hesabatla bağlı yazıb.

Axar.az xəbər verir ki, müəllif “Amerikanın 10 illik planı” adlı yazısında “Türkiyənin millətçi istiqaməti: ABŞ-Türkiyə strateji əməkdaşlığı və ABŞ ordusu üçün nəticələr” adlı hesabatda yer alan 4 ssenarini təqdim edib:

1-ci ssenari

Məcburi müttəfiq: Türkiyə çətinlik yaratmağa davam edən, ancaq NATO üzvü olaraq birgə hərəkata və təhlükəsizlik məsələlərinə dəstək verməkdə olan ölkə olacaq. AB və ABŞ-la qarşılıqlı münasibətlər davam edəcək, ancaq münasibətlərdəki problemlər daha çox gərginlik olmadan həll ediləcək.

2-ci ssenari

Yenidən dirilən demokratiya: Müxalifətdən olan siyasi lider və ya müxalifət koalisiyası 2023-cü il seçkilərində indiki iqtidara qalib gələrək 2017-ci ildə həyata keçirilən Konstitusiya dəyişikliyini ləğv edəcək və daha qərbyönümlü siyasət yürüdəcək. Bu vəziyyət ABŞ və Avropanın siyasət və təhlükəsizlik məsələsində Ankara ilə münasibətləri inkişaf etdirməsinə şərait yaradacaq, Türkiyənin ərəb dünyası, İsraillə əlaqələri yaxşılaşacaq, kürd və Kipr problemlərində irəliləyiş olacaq.

3-cü ssenari

Strateji tarazlıq yaradan: Türkiyə NATO müttəfiqləri və Avrasiya bloku (Rusiya, Çin və İran) arasındakı tarazlığı daha açıq formada saxlayacaq. Bəzən Qərbi dəstəkləyəcək, ancaq əsasən dəyişkən koalisiyaların bir hissəsi olacaq. Bu strategiya Prezident Ərdoğanın 2018-ci il platformasında yer alır və AKP ilə MHP siyasətçilərinin dünyagörüşünü əhatə edir. Bu, Türkiyə üçün böyük riskdir və bu risk ABŞ-ın Rusiya, İran və Çinə qarşı siyasətini çətinləşdirəcək.

4-cü ssenari

Avrasiyalı güc: AB və ABŞ-la qarşılıqlı inamsızlıq və siyasi fərqliliklər qırılma nöqtəsinə çatacaq, Türkiyə NATO-dan rəsmi olaraq ayrılacaq və Avrasiya, Yaxın Şərqdə yaranan ittifaqlarla daha yaxın əlaqələr quracaq. Bu hipotetik gələcək soyuq və daha müxalif yanaşmalara səbəb olacaq və özündə hərbi münaqişə riski saxlayır.

Hesabatda Türkiyə-ABŞ münasibətlərinin yaxın 10 ildəki mənzərəsinin Ağ Evin xeyrinə olması üçün görüləcək vacib işlərin siyahısı yer alıb:

A) Türkiyə ilə son illərdə olan narahatlıq yaradan proseslərə qarşı bufer yaratmaq məqsədilə ABŞ uzunmüddətli strategiya yeritməlidir. Əgər ABŞ Türkiyəni daha yaxşı müttəfiq və etibarlı regional və qlobal ortaq kimi yenidən formalaşdırarsa, gələcək 10 ildə maraqlarına uyğun olaraq əməkdaşlığı davam etdirəcək fəaliyyətlərə ehtiyacı olacaq.

B) ABŞ və Türkiyənin Suriyadakı fikir ayrılıqlarını ortadan qaldırmaq məqsədilə Vaşinqton türk müttəfiqləri və kürd ortaqları ilə incə diplomatik görüşlər keçirməli və daha çox siyasi düzəlişlər etməlidir.

C) ABŞ və NATO hərbi qüvvələrinin Türkiyə Silahlı Qüvvələri ilə davamlı olaraq birgə fəaliyyət göstərməsi Rusiyanın Ankara üzərindəki təsirinə qarşı vasitə ola bilər.

D) ABŞ İncirlik və Türkiyədəki digər ABŞ və NATO bazalarını itirməyə hazır olmalıdırlar.

E) Türkiyə Milli Müdafiə Nazirliyinin getdikcə artan önəmini nəzərə alaraq ABŞ ordusu ilə Türkyə Baş Qərargahının komandanlığı arasındakı dialoq artırılmalı və ABŞ-Türkiyə Yüksək Səviyyəli Müdafiə Qrupunu yenidən yaratmaq istiqamətində daha çox güc sərf edilməlidir.

F) ABŞ ordusu Türkiyənin Milli Müdafiə Universitetinin tədris proqramının yaradılmasında yardımçı olmaq yollarını araşdırmalıdır. Türkiyənin zabitlərinin ABŞ məktəblərinə göndərilməsi davam etdirilməlidir. Bu vəziyyət uzun müddət Türkiyə ilə əməkdaşlığın inkişaf etməsinə yardım edəcək və türk ordusunun gələcəyinə, ABŞ və NATO ilə ortaqlığı gücləndirməsinə təsir edəcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
526 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...