İran nüvə müqaviləsindəki öhdəliklərinin bir qisminin icrasını dayandırıb

İran nüvə müqaviləsindəki öhdəliklərinin bir qisminin icrasını dayandırıb
İran nüvə proqramı ilə bağlı Əhatəli Razılşma Müqaviləsində üzərinə götürdüyü öhdəliklərin bir qisminin icrasını dayandırıb.

“Report” “Mehr”ə istinadən xəbər verir ki, bunu İran Prezidenti Həsən Ruhani Nazirlər Kabinetinin mayın 8-də keçirilən toplantısında elan edib.

“İran zənginləşdirilmiş uran və ağır suyun satışını dayandırır. Bu, 60 gün davam edəcək”, - deyə H.Ruhani vurğulayıb.
Rəsmi Tehran İranın nüvə proqramı ilə bağlı danışıqlara vasitəçilik edən “altılıq” (ABŞ, Almaniya, Britaniya, Fransa, Rusiya və Çin) ölkələrindən ABŞ istisna olmaqla beşinə məsələ ilə bağlı məktub göndərib.

Qeyd edək ki, bu razılaşma müqaviləsi 2015-ci il iyulun 15-də imzalanıb. 2018-ci il mayın 8-də ABŞ İranın nüvə proqramı üzrə müqavilədən çıxıb. Bununla bağlı qərarı prezident Donald Tramp imzalayıb. Ötən il yanvarın 9-da rəsmi Tehran bəyan etmişdi ki, ABŞ həmin müqavilədən çıxarsa, İran da razılaşma ilə bağlı öhdəlikəri yerinə yetriməkdən imtina edəcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
705 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...