Türkiyənin Ermənistana ixracı kəskin azalıb – Rəsmi

Türkiyənin Ermənistana ixracı kəskin azalıb –
Bu ilin ilk 3 ayı ərzində Türkiyə ilə Ermənistan arasında ticarət dövriyyəsinin həcmi 985 min dollar olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumat Türkiyə Statistika İdarəsinin rəsmi saytında yerləşdirilib.
Açıqlanan məlumatlarda qeyd olunur ki, bir il əvvəl – 2023-cü ilin analoji dövründə iki ölkə arasında ticarət dövriyyəsinin həcmi builkindən 18 dəfə çox – 12 milyon 951 min dollar olub.
Bu ilin yanvar-mart ayları ərzində Türkiyənin Ermənistandan idxalı əvvəlki ilin eyni dövrü ilə müqayisədə cüzi artaraq 504 mindən 625 min dollara yüksəlib.
Bu dövrdə Türkiyənin Ermənistana ixracı isə kəskin şəkildə azalaraq 12 milyon 447 min dollardan 360 min dollara düşüb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
289 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...