Rus ordusu Luqanskda DARMADAĞIN edildi

Rus ordusu Luqanskda DARMADAĞIN edildi
Tezliklə Odessa "Banderanın boyunduruğundan" azad olacaq və 2014-cü ildə Həmkarlar İttifaqları Evində baş vermiş faciənin təşkilatçıları layiqli cəzalarını alacaqlar. Bu barədə Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib. Zaxarova Həmkarlar İttifaqları Evində baş verən yanğının 10-cu ildönümü ilə bağlı şərhində deyib: "Əminik ki, müasir Banderaitlərin boyunduruğundan atılan Odessanın yenidən həqiqətən azad şəhərə çevriləcəyi gün uzaqda deyil".

Diplomatın sözlərinə görə, 2014-cü ilin mayında baş verənlərin günahkarları ədalətli şəkildə cəzalandırılacaqlar.

Mayın 2-nə keçən gecə Rusiyanın 5 vilayətində Ukraynaya məxsus 12 pilotsuz uçan aparat (PUA) vurulub. Bu barədə RusiyaMüdafiə Nazirliyiməlumatyayıb. Qeydolunurki, Bryanskvilayəti üzərində beş, Krasnodarvilayəti üzərində üç, Rostov vilayətində iki, Kursk və Belqorod vilayətlərinin üzərində isə bir PUA məhv edilib.

Rayon rəhbərləri ölən və yaralananların olmadığını bildiriblər. Kursk vilayətinin qubernatoru Roman Starovoit yazıb ki, Ponıri kəndində elektrik xətləri zədələnib, hazırda orada işıq yoxdur.

Oryol və Smolensk vilayətlərinin rəhbərləri də dron hücumları barədə məlumat veriblər. Amma Müdafiə Nazirliyinin məlumatında bu barədə heç nə deyilmir.

Oryol vilayətinin qubernatoru Andrey Klıçkov yazıb ki, dronların zərərsizləşdirilməsi zamanı enerji obyektləri zədələnib. Smolensk vilayətinin rəhbəri Vasili Anoxin də enerji obyektinə “zərər vurmaq cəhdi” barədə məlumat verib. Hər iki bölgədə itki yoxdur.

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 13.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində Ukraynadakı polkovnik Elxan Nuriyevlə söhbətləşəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
514 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...