Köhnə "İceland" dondurmaları yenidən satışa çıxarılır?

Köhnə "İceland" dondurmaları yenidən satışa çıxarılır?
İsti yay günləri yaxınlaşdıqca sərinləmək üçün dodurmadan istifadə edənlər çoxalır. Amma bizi sərinlədən dondurmalar sağlamlığımız üçün təhlükəsiz də deyil. Müşahidələr göstərir ki, satışa kifayət qədər saxta, keyfiyyətsiz dondurmalar çıxarılır.

Qida Təhlükəsizlik Agentliyindən (AQTA) hər dəfə tövsiyə edir ki, dondurmaları digər qida məhsulları ilə bir yerdə saxlamaq olmaz, dondurma alarkən mütləq şəkildə qablaşdırmanın üzərində olan etiket məlumatlarını oxumaq lazımdır. Məhsulun istehsal tarixi, yararlılıq müddəti, qida dəyəri göstəriciləri, xüsusilə yağ tərkibi diqqətə alınmalıdır. Küçə və parklarda açıq şəraitdə qablaşdırılmamış silindr qablarda satılan dondurmaları alarkən məhsulun saxlanma şəraitinə xüsusi diqqət etmək lazımdır. Çünki antisanitar şəraitdə satılan dondurmalar asanlıqla təhlükəli məhsula çevrilə bilər. Bu cür dondurmaların istehlakı insanlarda qida zəhərlənmələrinə, bağırsaq çöplərinin yaranmasına və digər xəstəliklərə yol aça bilər. Donduram tam olmalıdır. Əgər tamlığı pozularsa və ya istehlak edərkən içərisində buz kristalları müşahidə olunarsa, bu, dondurmanın donunun açıldıqdan sonra təkrar dondurulduğunu göstərir. Həmin məhsulların istehsal tarixi bitməsə belə, istehlakı tövsiyə edilmir.

Bu günlərdə «Dəryaz» qəzetinin redaksiyasına müraciət etmiş bir istehlakçı Sabunçu rayonu, şəhər şosesində fəaliyyət göstərən «Ağ market»dən aldığı “Eskimo” dondurmasını yeyəndən sonra allergik reaksiya verdiyini, başının və bədəninin bəzi nahiyələrinin səpdiyini bildirnmişdir. Vətəndaşın redaksiyaya təqdim etdiyi satış qəbzində və dondurma qabının üstündəki məlumatlardan bəlli olur ki, 04.04.2023-cü il tarixdə istehsal olunan, saxlama müddəti 04.01.2024-cü il tarixədək olan dondurma istehlakçıya 15.05.2024-cü il tarixdə satılıb.

Məsələ ilə əlaqədar istehsalçı firmanın ünvan göstəricilərində əks olunan telefon nömrəsinə zəng vurduq. Firmanın dəstəyi qaldıran xanım əməkdaşı bizə vatsap əlaqəsi üçün mobil telefon nömrəsi verdi və şəkilləri göndərməyimizi xahiş etdi. Dediyi kimi etdik. Baxandan sonra cavab verdi ki, bəs vaxtı keçmiş dondurmanın müştəriyə satılmasına firma deyil, market cavabdehdir, saxlama müddəti bitmiş dondurmaları vaxtında geri qaytarmalıdırlar.
Daha sonra Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Abşeron – Xızı regional bölməsi ilə əlaqə saxladıq. Bölmənin Fəhmin adlı əməkdaşı bildirdi ki, zərərçəkmiş istehlakçı AQTA-ya rəsmi şikayət edəndən sonra qurum lazımi tədbirləri həyata keçirəcək.

Vətəndaş da rəsmi qaydada AQTA ya müraciət edib
Mövzuya qayıdacağıq.
Köhnə "İceland" dondurmaları yenidən satışa çıxarılır?
Köhnə "İceland" dondurmaları yenidən satışa çıxarılır?

Deryaz.az



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
500 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...