ABŞ açıq-aşkar Suriyada terrorçuları dəstəkləyir - Yıldırı

ABŞ açıq-aşkar Suriyada terrorçuları dəstəkləyir -

ABŞ açıq-aşkar Suriyada terrorçuları dəstəkləyir. Trend-in məlumatına görə, bunu Türkiyə parlamentinin sədri Binəli Yıldırım deyib. Onun sözlərinə görə, Vaşinqton sözdə Türkiyənin müttəfiqi olduğunu bildirsə də, əməldə fərqli hərəkət edir:

“ABŞ bildirir ki, onlar İŞİD-lə mübarizə məqsədilə YPG silahlılarına dəstək göstərir. Amma bir terror təşkilatı ilə mübarizə üçün digər terror təşkilatını dəstəkləmək qəbulolunmazdır”.

B.Yıldırım əlavə edib ki, regiondakı münaqişələr Türkiyəyə mənfi təsir göstərir və vurğulayıb ki, Suriya və İraqdakı münaqişələr nəticəsində 3,5 milyondan çox qaçqın Türkiyə ərazisinə keçib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
670 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...