“Türkiyənin məqsədi PKK-nı tamamilə məhv etməkdir” – Ərdoğan

“Türkiyənin məqsədi PKK-nı tamamilə məhv etməkdir” –

Türkiyənin məqsədi təkcə öz ərazisində yox, həm də İraqda PKK-nı tamamilə məhv etməkdir.

Avropa.info-nun məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. R.T.Ərdoğan bildirib ki, Türkiyə Silahlı Qüvvələri İraqın şimalında bir sıra yaşayış məntəqələrini PKK-dan təmizləyib: Türkiyə prezidenti bildirib ki, PKK Türkiyə üçün real təhlükədir: “Biz öz sərhədlərimiz yaxınlığında terror strukturlarının yaradılmasına və möhkəmlənməsinə imkan verməyəcəyik”.

Ərdoğan deyib ki, Türkiyəni küncə sıxışdırmaq üçün edilən hər həmlənin cavabı verilib: “Terror dəhlizi planını param-parça etdik. Gecə yarısı keçirilən əməliyyatlarla iqtisadiyyatımızı çökdürməyə çalışdılrar, Allahın izni ilə, bu hücumların da qarşısını almaq yolunda irəliləyirik”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
966 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...