AŞPA-nın qış sessiyasında nələr müzakirə olunacaq?

AŞPA-nın qış sessiyasında nələr müzakirə olunacaq?

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasının gündəliyi açıqlanıb.

“Report” AŞPA-nın Mətbuat xidmtinə istinadən xəbər verir ki, qış sessiyası 2018-ci il yanvarın 22-26-da Strasburqda açılacaq.


Sessiyada AŞPA-ya yeni sədr, insan haqları üzrə komissar və Avropa İnsan Haqları Məhkəməsinə hakimlər seçiləcək.
Yığıncaqda Danimarkanın varis şahzadəsi, Avstriyanın prezidenti Aleksandr van der Bellen çıxış edəcək.
Yanvarın 24-də isə Ermənistan prezidenti Serj Sarqsyan məruzə edəcək.

Yanvarın 26-da da Azərbaycan nümayəndə heyətinin üzvü Vüsal Hüseynovun hesabatı müzakirə olunacaq.
Sessiyanın gündəliyində Ukraynadakı silahlı münaqişənin humanitar nəticələri, Fələstin-İsrail münaqişəsinin tənzimlənməsi prosesi, Avropada antisemitzmin artması, İslamofobiya və ksenofobiya məsələləri də var.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
683 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...