Lavrov və Zərif Bakıya gəlir: üçtərəfli görüş keçiriləcək

Lavrov və Zərif Bakıya gəlir: üçtərəfli görüş keçiriləcək

Bakı şəhərində Azərbaycan - İran – Rusiya xarici işlər nazirlərinin beşinci üçtərəfli görüşü keçiriləcək.

Qaynarinfo Xarici İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, dekabrın 20-də Bakıda Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov, İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovun iştirakı ilə Azərbaycan – İran - Rusiya xarici işlər nazirlərinin beşinci üçtərəfli görüşü keçiriləcək.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, görüşdən sonra nazirlərin birgə mətbuat konfransı nəzərdə tutulur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
792 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...