“Ayaz Mütəllibov Xocalı faciəsinin baş verəcəyini əvvəlcədən bilirdi” - Xanlar Vəliyev

“Ayaz Mütəllibov Xocalı faciəsinin baş verəcəyini əvvəlcədən bilirdi” -


“Ayaz Mütəllibov Xocalı faciəsinin baş verəcəyini əvvəlcədən bilirdi”. APA-nın məlumatına görə, bunu Azərbaycanın hərbi prokuroru Xanlar Vəliyev “Azərbaycan xalqına qarşı 1918-ci il soyqırımları” kitabının təqdimatında deyib.

Onun sözlərinə görə, hadisədən sonra Daxili İşlər Nazirliyi faciədə iki adamın öldüyü haqqında məlumat yayıb: “Sonradan Azərbaycan dövləti faciədə 613 nəfərin qətlə yetirildiyini sübut etmək üçün xeyli əziyyət çəkdi”.

X. Vəliyev əlavə edib ki, Xocalı faciəsinin beynəlxalq aləmdə tanıdılmasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın “Xocalıya ədalət” kampaniyasının böyük rolu olub: “Məhz bu kampaniyadan sonra bir sıra ölkələr bunu soyqırımı kimi qəbul edib”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
797 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...