“Zelenski təklifimi rədd etdi” – Orban

  “Zelenski təklifimi rədd etdi” –
“Macarıstanın Aİ-də sədrliyinin sonunda sülhə nail olmaq üçün yenidən səylər göstərdik”.
Yeniavaz.com xəbər verir ki, bu barədə Macarıstanın Baş naziri Viktor Orban sosial şəbəkə hesabında yazıb.
“Biz Milad bayramında atəşkəs və genişmiqyaslı məhbus mübadiləsi təklif etdik. Prezident Zelenskinin bu gün bunu açıq şəkildə rədd etməsi və istisna etməsi təəssüf doğurur. Biz əlimizdən gələni etdik”, – Orban yazıb.
Qeyd edək ki, Orban bu postu Zelenskinin Macarıstanın Baş naziri ilə Rusiya Prezidenti Vladimir Putin arasında növbəti telefon danışıqlarını tənqid etdiyi yazısına cavab olaraq dərc edib.
“Ümid edirik ki, Viktor Orban heç olmasa Bəşər Əsədə Moskvada telefonla zəng edərək onun da bir saatlıq mühazirələrini dinləməyəcək”, - Zelenski yazıb.
Xatırladaq ki, 2024-cü ilin iyulunda Viktor Orban sülhməramlı missiya elan edərək Kiyev və Moskvaya səfər edib. Aİ səlahiyyətliləri Orbanı Putinlə görüşünə görə tənqid edərək bildiriblər ki, Macarıstanın Baş naziri Aİ-nin maraqlarını təmsil etmir. Vladimir Zelenski də Viktor Orbanın sülhməramlı kimi çıxış etmək cəhdlərini rədd edib. 2023-cü ilin yanvarında Vladimir Putin Ukraynada 36 saatlıq atəşkəs elan edib və bunun insanların kilsə mərasimlərinə getməsinə icazə verməklə əsaslandırıb. Rus Pravoslav Kilsəsinin rəhbəri Patriarx Kirill də Milad günü atəşkəsə çağırıb. Ukrayna prezidentinin ofisi Putinin təşəbbüsünü ikiüzlülük adlandırıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
216 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...