“Belə çıxır ki, 100 min adam valyuta dəyişmək üçün sıra gözləyəcək”

“Belə çıxır ki, 100 min adam valyuta dəyişmək üçün sıra gözləyəcək”
“Bank kreditləri kiçik və orta sahibkarlıqla məşğul olmağa imkan vermir”.

“Qafqazinfo” xəbər verir ki, bunu deputat Siyavuş Novruzov Milli Məclisin bu gün keçirilən iclasında bildirib.​

“Çünki kreditlərin faizi buna imkan vermir. Kreditlərin faizləri aşağı salınsın və müddəti uzadılsın ki, insanlar sahibkarlıqla məşğul olsun.

Azərbaycan müstəqillik qazandıqdan sonra ölkədə 207 bank fəaliyyət göstərirdi, indi Mərkəzi Bankdan başqa 22 bank işləyir. Yeni bankların, o cümlədən regional, xarici ölkələrlə birgə bankların açılması vacibdir.

COP29 tədbirinə görə, Azərbaycana 100 min adam gələcək. Ölkədə isə 60-70 valyutadəyişmə məntəqəsi var. Belə çıxır ki, 100 min adam valyutanı dəyişmək üçün sıraya düzülüb gözləyəcək. Bu məntəqələrin sayı artırılmalıdır”, - deyə S.Novruzov əlavə edib.

***

Millət vəkili Qüdrət Həsənquliyev isə bildirib ki, Azərbaycanda insanların banklara olan inamı itib.

“Azərbaycanda banklar bağlanır. Buna görə də insanların banklara olan inamı itir. İnsanlar külli miqdarda vəsaiti evində saxlayır. Mərkəzi Bank bu istiqamətdə konkret addımlar atmalıdır. İnsanların banklara olan inamı bərpa edilməlidir”, - deputat qeyd edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
200 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...