"Üçüncü dəfə prezident olmaq istəmirəm" - Obama

"Üçüncü dəfə prezident olmaq istəmirəm" -


ABŞ prezidenti Barak Obama “CBS” telekanalına müsahibəsi zamanı üçüncü dəfə prezident olmaq istəməsi ilə bağlı suala aydınlıq gətirib. AzVision.az-ın məlumatına görə, Obama ölkə başçısı postunda qalmasının onun həm işi, həm də şəxsi həyatına mənfi təsir edəcəyini bildirib.

“İmkanım olsaydı belə, mən üçüncü dəfə prezidentliyə namizədliyimi irəli sürməzdim”, - deyə Obama qeyd edib. ABŞ lideri qeyd edib ki, ölkə başçısı postu mütəmadı olaraq yenilənməlidir. Onun sözlərinə görə, Ağ Evə ideya və enerji ilə zəngin yeni insanlar gəlməlidir.

Qeyd edək ki, prezident postunu tərk etdikdən sonra Barak Obamanın hansı vəzifəni tutacağına dair rəsmi məlumat yoxdur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
866 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...