“Biz Rusiya və Ukrayna arasında vasitəçilik səylərimizi davam etdirmək əzmindəyik”

“Biz Rusiya və Ukrayna arasında vasitəçilik səylərimizi davam etdirmək əzmindəyik”
“Biz Rusiya və Ukrayna arasında sülhün bərqərar olmasına uyğun olaraq vasitəçilik səylərimizi yorulmadan davam etdirmək əzmindəyik. Müharibənin bitməsi, Qara dəniz hövzəsində sülh və sabitlik təkcə region üçün deyil, bütün dünya üçün nəfəs olacaq”.

"Report" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 3-cü Krım Platforması Liderlər Zirvəsinə videomüraciətində deyib.

Prezident Ərdoğan taxıl dəhlizinin canlandırılması üçün işlərin davam etdiyini bildirib. Bu proses zamanı Qara dənizdə gərginliyi artıracaq addımlardan uzaq durmaq istədiklərini deyən Ərdoğan Türkiyənin Krımın da daxil olduğu Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini bir daha vurğulayıb.

2014-cü ildə Rusiyanın Krımı qeyri-qanuni ilhaqını xatırladan Ərdoğan Ukraynanın ərazi bütövlüyü və suverenliyi lehinə mövqelərini davam etdirdiklərini deyib.

"Krımın ilhaqını tanımayan Türkiyə ilk gündən bu addımın qeyri-qanuni olduğunu qətiyyətlə müdafiə edir. Başda BMT olmaqla Krımın Ukraynanın bir parçası olduğunu hər platformada ifadə edirik. Krım tatar türklərinin təhlükəsizliyi prioritetlərimizdəndir", - Ərdoğan əlavə edib.

Prezident Rusiya-Ukrayna müharibəsinin ədalətli və davamlı sülhlə sona çatmasının vacibliyini bildirib və tərəfləri danışıqlar masasına hazırlamaq üçün böyük səy göstərdiklərini vurğulayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
591 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...