Ərdoğan: “14 may seçkiləri Türkiyə demokratiyasının gücünü göstərdi”

Ərdoğan: “14 may seçkiləri Türkiyə demokratiyasının gücünü göstərdi”
2023-cü il 14 may prezident seçkiləri və 28-ci çağırış parlament seçkiləri Türkiyədə diktatura ilə bağlı iddialara son qoydu.

“Report” “Anadolu”ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın tviterdə etdiyi paylaşımda deyilir.

"Biz dünyaya göstərdik ki, müəyyən xarici KİV-lərdə dərc olunan yazılarla ictimai rəyi manipulyasiya etmək cəhdləri heç bir nəticə verməyəcək. Türkiyə xalqının iradəsi sarsılmazdır!", - o bildirib.

Ərdoğan seçkilər ərəfəsində müəyyən dairələrin Türkiyədə guya diktaturanın olması ilə bağlı yalanları şişirtməyə çalışdığını xatırladıb.

"Türkiyəyə qarşı dezinformasiya kampaniyasının arxasında öz ölkələrində seçicilərin yarısını belə seçkilərə gətirə bilməyənlər dayanırdı. Mayın 14-də keçirilən seçkilər ölkəmiz haqqında yayılan yalanları dağıtdı", - Türkiyə lideri yazıb.

Siyasətçi siyasi məqsədlərə nail olmaq üçün separatçılara və terrorçulara yaltaqlanmağın yolverilməz olduğunu vurğulayıb.

Türkiyə liderinin sözlərinə görə, 14 may seçkiləri Türkiyə demokratiyasının gücünü göstərdi.

"Mayın 14-də keçirilən seçki 21 il ərzində Türkiyə demokratiyasının hansı səviyyəyə çatdığını göstərdi. Bütün bunlar Türkiyənin 85 milyonluq əhalisinin, siyasi baxışından asılı olmayaraq seçkiyə gələn hər kəsin ortaq uğurudur. Əminəm ki, 28 may seçkiləri sayəsində ölkəmizin nailiyyətlərini birlikdə genişləndirəcəyik”, - Ərdoğan yazıb.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
95 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...