Komando kursunun növbəti buraxılışı olub - FOTO

Komando kursunun növbəti buraxılışı olub -
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən ordu sıralarında xidmət edən hərbi qulluqçuların hazırlıq səviyyəsinin və bölmələrin döyüş qabiliyyətinin daha da artırılması istiqamətində görülən işlər davam edir.

Müdafiə Nazirliyindən GUNDEMİNFO.AZ-a verilən məlumata görə, 2022-ci ilin hazırlıq planına əsasən, “Komando başlanğıc kursu”nun növbəti buraxılış mərasimi keçirilib.

Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Buraxılış mərasimində çıxış edən general-mayor Vasif Kazımov şəxsi heyətə Müdafiə Nazirliyinin rəhbər heyətinin təbriklərini çatdıraraq, hərbi qulluqçulara gələcək xidmətlərində uğurlar arzulayıb.

Kursu bitirən hərbi qulluqçulara sertifikat və beretlər təqdim olunub. Sonda şəxsi heyət tribuna önündən təntənəli keçid edib.


Komando kursunun növbəti buraxılışı olub -
Komando kursunun növbəti buraxılışı olub -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
474 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...