Meşə yanğınları yerli turizmə nə qədər ziyan vurub? ARAŞDIRILIR

Meşə yanğınları yerli turizmə nə qədər ziyan vurub?
Dövlət Turizm Agentliyi (DTA) Qəbələ, Şabran, Quba və Siyəzən rayonlarında yerləşən dağlıq relyefdə, meşə və meşəətrafı ərazilərdə baş vermiş yanğınlar nəticəsində həmin ərazilərdə olan turizm infrastrukturuna dəymiş ziyan araşdırır.

Bu barədə “Report”un sorğusuna cavab olaraq qurumdan bildirilib.

“Rayonlarda baş verən məlum yanğınlarla bağlı prosesləri izləyirik. Aidiyyəti strukturlara sorğular vermişik və bu istiqamətdə məlumatları toplayırıq. Bundan sonra isə turizm infrastrukturuna dəyən ziyanın miqyası müəyyənləşəcək”,- deyə açıqlamada qeyd olunub.

Şabranda yerləşən hotelin nümayəndəsi isə AzTV-yə açıqlamasında bildirib ki, yanğın hotelə yaxınlaşır. Əgər təhlükə yaranarsa təxliyyə işləri həyata keçirilə bilər.

Yanğın ötən gündən Quba və Şabran rayonlarının dağlıq ərazilərindəki meşə sahəsində başlayıb, tədricən Qəbələ və Siyəzən rayonlarının meşəlik ərazisinə keçib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
453 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...