Uşaqları maşının baqajına mindirib yola çıxdı - VİDEO

Uşaqları maşının baqajına mindirib yola çıxdı -

Sosial şəbəkələrdə rayonların birində “VAZ” markalı minik avtomobilinin baqaj hissəsində bir neçə yeniyetmənin daşınmasını əks etdirən video yayılıb.

“Qafqazinfo” xəbər verir ki, yol hərəkəti qaydalarının kobud şəkildə pozulmasını nümayiş etdirən görüntülər müzakirələrə səbəb olub. 52 BF 776 dövlət qeydiyyat nişanlı “VAZ 21 011” markalı avtomobilin sürücüsünün bu addımı tənqidlə qarşılanıb.

Məsələ ilə bağlı ilkin araşdırmalar aparılıb və məlum olub ki, avtomobil Salyan rayonunda qeydiyyatda olsa da, bu rayonda idarə edilmir və hadisə tamamilə başqa ərazidə çəkilib. Hazırda görüntüdəki avtomobilin olduğu ərazinin müəyyən edilməsi və sürücü barəsində qanunamüvafiq tədbirin görülməsi istiqamətində iş aparılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
161 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...