Putin Şolzla DANIŞDI – Tərəflər bu məsələdə razılığa gəldilər

Putin Şolzla DANIŞDI –
Rusiya prezidenti Vladimir Putin Almaniya kansleri Olaf Şolzla telefon danışığı aparıb.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, tərəflər Ukraynadakı vəziyyətin humanitar aspektlərini müzakirə ediblər.

Kremlin mətbuat xidmətinin məlumatında deyilir: “Almaniya tərəfinin təşəbbüsü ilə Rusiya prezidenti Vladimir Putin Federal Kansler Olaf Şolz ilə telefon danışığı aparıb. Ukraynadakı vəziyyətin müzakirəsi humanitar aspektlər vurğulanmaqla davam etdirilib”.

Tərəflər eyni zamanda Rusiya-Ukrayna danışıqlarındakı vəziyyətə fundamental qiymət veriblər. Rusiya prezidenti və Almaniya kansleri müxtəlif kanallar vasitəsilə Ukraynayla bağlı müzakirələrin davam etdiriləcəyi barədə razılığa gəliblər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1935 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...