Amnistiya aktı nəticəsində bu gün 114 nəfər azadlığa buraxılacaq

Amnistiya aktı nəticəsində bu gün 114 nəfər azadlığa buraxılacaq
Penitensiar Xidmət üzrə 1 saylı cəzaçəkmə müəssisəsində amnistiya aktı şamil edilmiş 9 nəfər azadlığa buraxılıb.

APA-nın xəbərinə görə, bu barədə Ədliyyə Nazirliyinin İnsan hüquqları və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Aynur Sabitova bildirib.

O deyib ki, yuxarıda adıçəkilən müəssisədən daha 10 nəfərin gün ərzində azadlığa buraxılması nəzərdə tutulub.

A. Sabitovanın sözlərinə görə, bu gün 5 müəssisədən 114 nəfər azadlığa buraxılacaq.

Qeyd edək ki, Penitensiar Xidmət üzrə noyabrın 5-dən dekabrın 1-dək 1787 məhkuma Amnistiya aktı tətbiq edilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
848 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...