“Nar” ən böyük Azərbaycandilli səsli kitabxanaya dəstəyini davam etdirir

“Nar” ən böyük Azərbaycandilli səsli kitabxanaya dəstəyini davam etdirir

“Nar”ın dəstəyi ilə ölkənin ən böyük səsli ədəbiyyat kitabxanası olan “Canlı kitab” layihəsi davam edir. “Radio Antenn" 101 FM-lə birgə hazırlanan layihə çərçivəsində indiyədək dünya və Azərbaycan ədəbiyyatından 39 müəllifin 329 əsəri ana dilimizdə audiokitab şəklində “YouTube” kanalında yerləşdirilib. Müxtəlif janrlarda və həcmlərdə olan bədii əsərləri “Canlı kitab” kanalında “Nar”ın yüksəksürətli interneti vasitəsilə istənilən yerdən rahatlıqla dinləmək olar.

Layihə həftənin şənbə və bazar günləri saat 12:00-dan 14:00-dək “Radio Antenn” 101 FM dalğasında, eyni zamanda radionun və “Canlı kitab” verilişinin rəsmi “Facebook” səhifələrində canlı yayımlanır, daha sonra antenn.az və “YouTube” səhifəsində yerləşdirilir.

Qeyd ed’k ki, layihənin məqsədi mütaliəni hər kəs, o cümlədən, görmə məhdudiyyətli şəxslər üçün daha əlçatan etməkdir. Layihə çərçivəsində əsərlərin toplandığı elektron daşıyıcıların görmə qabiliyyətini itirmiş və görmə qabiliyyəti zəif olan insanlara paylanması nəzərdə tutulur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
381 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...