Şəhid anası hökumətdən uşaqpulu xahiş etdi - VİDEO

Şəhid anası hökumətdən uşaqpulu xahiş etdi -
Şəhid Ruslan Abbasovun il mərasimində şəhid analarından biri hökumətə müraciət edərək övladını çətinliklə böyüdən ailələrə uşaq pulu verilməsini təklif edib.

Gundeminfo.az xəbər verir ki, ana mərasimdə iştirak edən deputata üzünü tutaraq səsini ölkə rəhbərliyinə çatdırmağı xahiş edib:

“Mən şəhid analarımızın adından müraciət etmək istəyirəm. Şəxsən mən müəllimə idim, işləyirdim, yoldaşım da müəllim idi, amma övladımı çox çətinliklə böyütmüşdüm. Amma elə ailələr var ki, orada analar işləmir, atalar xəstədir, nəsə problemi var. Bizdən keçdi, heç olmasa, cavan analara uşaq pulu ayrılsın. Çox yox, heç olmasa 30,40, 50, 60 manat... Heç olmasa uşağının südünü ala bilsin. Dövlətimizdən xahiş edirəm, gənc analara dəstək olun, uşaq pulu verin. Mən yorğan-döşəyimin üzünü, astarını satmışam, yununu satmışam, qulağımın sırğasını satmışam, övlad böyütmüşəm. Dövlət vaxtında mənə dəstək olmadı, yerdə qalanlara dəstək olsun, bu qazilərimizə dəstək olsun. Bunu istəyirəm. Çünki vətənin ən dar, çətin günündə o kasıb balalar ayağa qalxır”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
111 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...