Agentlik Rüfət Quliyevin iddialarına cavab verib

  Agentlik Rüfət Quliyevin iddialarına cavab verib
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Milli Məclisin deputatı Rüfət Quliyevin Agentliyin fəaliyyəti ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.

Gundeminfo.az APA-ya istinadla xəbər verir ki, Agentlik Milli Məclisin deputatı Rüfət Quliyevin İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə müraciəti ilə bağlı qurum rəhbərliyinin tapşırığına əsasən şəxsin müalicə aldığı Bakı Sağlamlıq Mərkəzi ilə əlaqə saxlayıb: Xəstə mərkəzdə 08-12.09.2021-ci il tarixləri ərzində müalicə alıb. Qeyd edək ki, şəxsin diaqnozu “Əhalinin sağlamlığının qorunması haqqında” qanuna əsasən vətəndaşın və ya onun qanuni nümayəndəsinin razılığı olmadan açıqlana bilməz. Bildirək ki, vətəndaşın diaqnozu icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil deyil. Bu səbəbdən vətəndaşın müalicəsi öz vəsaiti hesabına həyata keçirilib.

Vətəndaş daha sonra vəziyyəti ilə bağlı Bakı Sağlamlıq Mərkəzində kompüter tomoqrafiyası (KT) olunub. Nəticədə vətəndaşda koronavirus infeksiyası nəticəsində yaranan “Ağciyər pnevmoniyası” aşkarlanıb.

Qeyd edək ki, vətəndaş koronavirus infeksiyası ilə bağlı müalicəsi məqsədilə "Yeni Klinika"ya yerləşdirilib. 13-28 sentyabr tarixlərində "Yeni Klinika"da dövlət büdcəsinin vəsaiti hesabına müalicə olunub. Deputatı Rüfət Quliyevin vətəndaşın icbari tibbi sığorta çərçivəsində müalicəsi ilə bağlı məktubu isə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə 1 oktyabr 2021-ci il tarixində daxil olub".

Məlumatda daha sonra bildirilib ki, 1 aprel tarixindən bütün ölkədə icbari tibbi sığortanın tətbiqi nəticəsində vətəndaşlar Xidmətlər Zərfindən istifadə edə bilirlər. Xidmətlər Zərfinə 2550 sayda tibbi xidmət daxildir. Cari ilin yanvar-sentyabr ayları ərzində bütün ölkə üzrə 3 189 704 şəxs tibb müəssisələrinə müraciət edib və bu dövr ərzində onlara icbari tibbi sığorta çərçivəsində 15 793 776 tibbi xidmət göstərilib.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
264 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...