Bakıda özünü binadan atan 16 yaşlı qız öldü

Bakıda özünü binadan atan 16 yaşlı qız öldü
Bakıda yeniyetmə qız intihara cəhd edib.

Gundeminfo.az “Report”a istinadən xəbər verir ki, hadisə Qaradağ rayonunda baş verib.

Müşfiqabad qəsəbəsində 16 yaşlı A.E. özünü yaşadığı binanın 9-cu mərtəbəsindən atıb. O, təcili tibbi yardım ilə xəstəxanaya çatdırılıb. A.E.-yə bədənin çoxsaylı sınıqları, müştərək travması, açıq-kəllə beyin travması diaqnozları qoyulub.

Yaralının vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib. Onda komatik vəziyyət müşahidə olunur.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

***

Özünü Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində yaşadığı binanın 9-cu mərtəbəsindən yerə atan 16 yaşlı A.Eyvazova vəfat edib.

Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
377 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...