"Unibank"a borcu olan kişi özünü körpüdən çaya atdı

"Unibank"a borcu olan kişi özünü körpüdən çaya atdı
"Unibank"a borcu olan 58 yaşlı Mingəçevir sakini özünü körpüdən çaya atıb.

Unikal.org-un əldə etdiyi məlumata görə, hadisə şəhərin əsas nəqliyyat körpüsü üzərində baş verib. Belə ki, 58 yaşlı şəhər sakini Əlövsət Əhmədov insanların gözü önündə özünü körpüdən Kür çayına atıb.

Batmaq üzrə olan kişi son anda qayıqçılar Azər Müseyibov və Toğrul Rəhimli tərəfindən xilas edilərək sahilə çıxarılıb. Məlum olub ki, özünü çaya atan kişinin "Unibank"a yığılıb qalmış borcu var və onu ödəyə bilmədiyindən özünü öldürməyə qərar verib.


"Unibank"a borcu olan kişi özünü körpüdən çaya atdı



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
861 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...