Gürcüstan erməni yük maşınlarını sərhəddən buraxmır - VİDEO

Gürcüstan erməni yük maşınlarını sərhəddən buraxmır -
Sosial şəbəkələrdə yayılan məlumata görə, təxminən 10 gündür ki, erməni yük maşınları Larsa gedən yolda hərəkətsiz qalıb.

Unikal.org xəbər verir ki, sürücü Taron Markaryan erməni saytlarına müsahibəsində deyib ki, yolda təxminən 200 yük maşını yığılıb qalıb:

"Bizə keçməyə icazə verilmir. Yalnız bir izah var - ermənilər üçün yol bağlıdır. Gözümüzün qabağında gürcü və Azərbaycan nömrə nişanlı avtomobillər keçir, amma bizə icazə verilmir" - deyə Markaryan bildirib.

Onlar deyib ki, bu məqsədlə Gürcüstan Ermənistanı blokadada saxlamaq istəyir:

"Bu, Ermənistanı blokada saxlamaq üçün düşünülmüş addımdır. 10 gündür burda olan insanlar var. Bir neçə gün əvvəl bura gəldi, polislə danışdı və getdi. Sürücülər Yüksək Texnologiyalar Nazirliyinin qaynar xəttinə zəng vurdular, oradan belə cavab verdilər: "maşınlarınızın sahiblərinə deyin, qoy bu problemi həll etsinlər". Düşünürəm ki, dövlət məmurlarımızın diqqətini çəkmək üçün yolu da bağlayacağıq. Dövlətimiz haradadır"?




Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
633 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...