Azərbaycanda məktəb yaşının aşağı endirilməsi təklif edilir

Azərbaycanda məktəb yaşının aşağı endirilməsi təklif edilir
"Düşünürəm ki, qarşımızda duran çağırışlardan biri uşaqların məktəbə başlama yaşıdır. Zənnimcə, hələ də gecdir, çünki 6 yaşda başlayırıq".

"Report" xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev bildirib. "Məktəbə başlama yaşının azaldılmasına çalışmalıyıq ki, uşaqlar mümkün qədər erkən yaşlarında öyrənməyə başlasınlar", - nazir deyib.

Qeyd edək ki, yeni təklifə görə, uşaqlar ibtidai sinfə 5 yaşında getməlidirlər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
895 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...