“Təhsilin müdiri məni aldatdığı üçün İNTİHAR etməyi qərarlaşdırmışam” - Neman Eminov

“Təhsilin müdiri məni aldatdığı üçün İNTİHAR etməyi qərarlaşdırmışam” -
Goranboy rayonu Qızılhacılı qəsəbə sakini, keçmiş müəllim Eminov Neman Bayram oğlu, iki ali təhsili olmasına baxmayaraq, Goranboy Rayon Təhsil Şöbəsinin müdiri Seymur Nazarovun indiyə qədər onu işlə təmin etməməsi üzündən çıxış yolunu intiharda görür.

AMİA.AZ xəbər verir ki, N.Eminov bu barədə Prezident İlham Əliyevə, 1-ci Vitse-prezident Mehriban Əliyevaya, Baş prokuror Kamran Əliyevə, Daxili işlər naziri Vilayət Eyvazova, Azərbaycan Respublikasının İnsan Hüquqları Üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevaya, Təhsil naziri Emin Əmrullayevə və KİV rəhbərlərinə ünvanladığı müraciətdə bildirib:

“...Seymur Nazarov 05.08.2021-ci il tarixində Goranboy Rayon Təhsil Şöbəsinə müdür təyin olunub. Mən Seymur Nazarovun bir neçə dəfə məni işlə təmin etməsi ilə bağlı qəbuluna getmişəm, hətta təhsil sənədlərimi, işlə bağlı müraciətimi poçtla rəsmi qaydada da göndərmişəm. Hər dəfə qəbulunda olanda məni işlə təmin edəcəyini bildirərək arxayın edirdi. Hətta vatsap nömrəsi ilə mənim vatsap nömrəmə sənə iş verəcəm sözlərini də yazıb göndərib Seymur Nazarov. Çox təəssüflər olsun ki, Seymur Nazarov məni bugünə kimi işə qəbul etmir, süründürməçilik edərək, müəyyən vədlər verərək məni aldadıb. Bu azmış kimi, Goranboy RİH-nin icra başçısı Məhərrəm Quliyev də məni aldatdı. Seymur Nazarova qəbulunda olarkən və şəxsi vatsap nömrəsinə yazılı olaraq bildirdim ki, həbsdən buraxılmışam, ailəmizdə işləyən yoxdur, çətinlikdəyəm, xahiş edirəm mənə köməklik elə, işlə təmin olunum. Hər dəfə mənə bildirirdi ki, narahat olma, sənə iş verəcəm... Təhsilin müdiri məni aldatdığı üçün İNTİHAR etməyi qərarlaşdırmışam. İşsizlik, vəzifəli şəxs tərəfindən mənə olunan haqsızlıq, hüquqlarımın pozulması, süründürməçilik, vəzifəli şəxsin xüsusilə məni aldatması İNTİHAR etməyimə gətirib çıxardı...”- deyə, N.Eminov müraciətində qeyd edib".Bakıvaxtı.az

Əlaqə nömrəsi: 070-406-35-76, 051-558-14-70



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
929 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...