"Azıx mağarasında ermənilər tərəfindən toplanan bütün maddi sübutlar AMEA-ya aparılıb"

"Azıx mağarasında ermənilər tərəfindən toplanan bütün maddi sübutlar AMEA-ya aparılıb"
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) bir qrup alimi işğaldan azad edilmiş Xocavənd rayonunda yerləşən qədim Azıx mağarasında olub. Bunu APA-nın Qarabağ bürosuna AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli deyib.

Onun sözlərinə görə, mağarada olan bütün maddi sübutlar AMEA-ya aparılıb: “Ermənilər Azıx mağarasında bir neçə il xarici alimləri də özlərinə qoşaraq tədqiqatlar aparıblar. Amma topladıqları qırıntıları, maddi sübutları yeşiklərə yığsalar da, çatdırıb apara bilməyiblər. AMEA-nın nümayəndə heyəti müharibə qutarandan sonrakı ilk günlərdə buraya gəldi. AMEA əməkdaşları Azıx mağarasından ermənilərin qazıntılar zamanı tapdıqları 90 qutu maddi sübutu akademiyaya apardılar. Sonradan aydın olub ki, bizim hərbçilər Azıx mağarasına yaxın olan kəndlərdə ermənilərin topladığı başqa maddi sübutları da görüblər.

Bizə məlumat verilən kimi AMEA-nın və Arxeologiya İnstitutunun rəhbərliyi bu istiqamətdə addım atdı və bütün maddi sübutlar akademiyaya aparıldı”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1104 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...