Demarkasiya nəticəsində nə qədər ərazimiz ermənilərdən geri alınıb? – RƏSMİ STATİSTİKA

Demarkasiya nəticəsində nə qədər ərazimiz ermənilərdən geri alınıb? –
Məlum olduğu kimi, may ayının 12-dən etibarən Azərbaycan Ordusu Ermənistanla sərhəddə demarkasiya proseslərinə start verib. JAMAZ.İNFO xəbər verir ki, müharibədən 6 ay sonra prosesə başlanılmasının səbəbi isə mövcud təbii şərait və həmin ərazilərin qarla örtülü olması olub.

Qeyd edək ki, Ermənistan tərəfi Azərbaycan Ordusunun sərhədboyunca həyata keçirdiyi demarkasiya prosesini öz ərazisinə hərbi müdaxilə kimi qiymətləndirir. Lakin bütün bunlara baxmayaraq, Azərbaycan tərəfi qanuni olan sərhədlərimizi müəyyənləşdirdiyini və onun təhlükəsizliyini təmin etdiyini açıqlayıb.

JAMAZ.İNFO bildirir ki, Azərbaycan-Ermənistan sərhəddinin Kəlbəcərlə olan istiqamətində həyata keçirilmiş demarkasiya prosesi nəticəsində xeyli ərazimiz düşmən tapdağından azad edilib. Belə ki, Laçın rayonun Zərkənd kəndinə (ermənilər onu Kut adlandırır) məxsus olan 500 hektar otlaq, 500 hektar biçənək və 20 hektar əkin sahəsini demarkasiya prosesi nəticəsində geri qaytarıb.

Bundan başqa, demarkasiya prosesi nəticəsində Ağqoyunlu (ermənilər onu Norobak adlanıdır) kəndinin isə 1000 hektar otlaq, 200 hektar biçənək və 25 hektar əkin sahəsi də nəzarətimizə keçib.

Bildirək ki, bu yalnız Kəlbəcər istiqamətindəki ərazilərə aid rəqəmlərdir. Bundan başqa, Laçın, Qubadlı və Zəngilan istiqamətində də demarkasiya işləri aparılıb. Lakin bu proses nəticəsində nə qədər ərazimizin geri qaytarıldığı barədə rəsmi məlumat yoxdur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1110 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...