ETSN: Havada tozun miqdarı normadan 1.6 dəfə çoxdur

ETSN: Havada tozun miqdarı normadan 1.6 dəfə çoxdur
Havada toz dumanı müşahidə olunur.

Bu barədə APA-ya Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Məlumata görə, bu gün Bakı və Abşeron yarımadasında havada tozun miqdarının normadan artıq olduğu müəyyən edilib. Buna səbəb ölkə ərazisinə cənub-şərq istiqamətli hava kütlələri vasitəsilə daxil olan toz–dumanıdır.

"Növbəti gün ərzində şimal-qərb istiqamətli küləklərin üstünlük təşkil etdiyini nəzərə alsaq, havada olan tozun səpələnməsi prosesinin baş verəcəyi və tozun miqdarının norma həddinə düşəcəyi gözlənilir.

Avtomat monitorinq stansiyalardan əldə olunan məlumata görə havada tozun miqdarı normadan 1.6 dəfə çoxdur", - deyə ETSN-nin məlumatında bildirilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
758 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...