Zəhmət haqqını ala bilməyən şəxs Abel Məhərrəmovu məhkəməyə verdi

Zəhmət haqqını ala bilməyən şəxs Abel Məhərrəmovu məhkəməyə verdi

Bakı Dövlət Universitetinin sabiq rektoru Abel Məmmədəli oğlu Məhərrəmov və universitetin keçmiş prorektoru Nəbi Əhməd oğlu Ramazanlıya qarşı məhkəmə iddiası qaldırılıb.
Yeniavaz.com xəbər verir ki, məhkəmə iddiası Mirzəyev İsmixan Salman oğlu tərəfindən qaldırılıb. Məhkəmənin hazırlıq iclası dünən - 19.04.2021-ci il tarixində Yasamal Rayon Məhkəməsində hakim Vahid Hacıyevin sədrliyi ilə keçirilib. Növbəti baxış iclası 18.05.2021-ci il saat 10:30-a təyin olunub. Məhkəmə iddiasının öhdəliklər üzrə mübahisələr ilə əlaqəli olduğu bildirilir. İsmixan Mirzəyev iddia edir ki, gördüyü iş üçün vəd olunan zəhmət haqqını ala bilməyib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
914 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...