Saat 8-dən sonra çölə çıxma qadağası qoyula bilər? - AÇIQLAMA

Saat 8-dən sonra çölə çıxma qadağası qoyula bilər? -

Artıq aprelin 14-dən Ramazan ayı başlayıb. Bu ayda bir çox insanlar oruclarını yaxınları ilə birgə açmağa çalışırlar. Bu da insanların kütləvi toplaşmasına və koronavirusa yoluxanların sayının artmasına səbəb olur.

Məhz buna görə, yoluxanların sayının artmaması üçün axşam saat 8-dən sonra insanların çölə çıxmasına qadağa qoyulması və ya "sms icazə" sisteminin tətbiq edilməsi ilə bağlı təkliflər səsləndirilir. İftar süfrəsində kütləvi toplaşmanın qarşısını almaq üçün axşam saat 8-dən sonra inanların çölə çıxmasına qadağa qoyula bilərmi?

Yenisabah.az xəbər verir ki, dosent Ədalət Rüstəm bildirib ki, Ramazan ayında koronavirusa yoluxanların sayının artması ehtimalı böyükdür:

Çünki insanlar iftar süfrəsində kütləvi toplaşıb, oruclarını açırlar. Ona görə də karantin rejimində sərtləşmələrin olması gözləniləndir. Düşünürəm ki, yoluxma sayı artarsa, yenidən "sms icazə" sisteminin bərpası gözləniləndir. Amma Operativ Qərargahın hansı qərarı verəcəyi ilə bağlı konkret fikir səsləndirə bilmərəm. Çünki karantin rejimi ilə bağlı qərarlar qəbul etmək Operativ Qərargahın səlahiyyətindədir. Düşünürəm ki, yaxın günlərdə Operativ Qərargah yoluxanların və ölənlərin sayını, epidemioloji vəziyyəti analiz etdikdən sonra karantin rejimi ilə bağlı qərar qəbul edəcək./Sonxəbər.az



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1334 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...